Azərbaycan İnsan Haqları Mərkəzi

Bütün xəbərlər

Xəbər

Dörd Azərbaycan türkü fəal cəmi 40 il həbs cəzasına məhkum edildi

Abbas Lesani, Ali Khayrjou, Yusuf Kari and Behzad Dashti

Azərbaycan türkü fəallar Abbas Lesani, Əli Xeyircu, Yusif Kari və Behzad Daşti hakim Məhəmmədrza Əmuzadın sədrlik etdiyi Tehran İnqilab Məhkəməsinin 28-ci şöbəsi tərəfindən cəmi 40 il həbs cəzasına məhkum edilib.

Hökm yazılı bildiriş olmadan, şəxsən işin vəkilinə çatdırılıb. Vəkilin əldə etdiyi surətə görə, dörd fəalın hamısı “ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək məqsədilə toplaşma və sövdələşmə” ittihamı ilə 5 il, Abbas Lesani “ölkə daxilində türk separatçı qrupunun yaradılması və rəhbərliyi” ittihamı ilə daha 10 il, Yusif Kari və Behzad Daşti isə “ölkə daxilində türk separatçı qrupunun üzvlüyü” ittihamı ilə hərəsi daha 5 il həbs cəzasına məhkum ediliblər.

Həmçinin hökmə əsasən Abbasın mobil telefonu müsadirə edilib.

Abbas Lesani, Əli Xeyircu, Yusif Kari və Behzad Daşti işinə baxış 2026-cı il mayın 30-da Tehran İnqilab Məhkəməsinin 28-ci şöbəsində keçirilmişdi. Həmin iclasda Abbas Lesani, Yusif Kari və Əli Xeyircu məhkəmədə iştirakdan imtina edərək “nümayişkaranə, qapalı və ədalətli məhkəmə meyarlarından məhrum məhkəmələrdə” iştirak etməyəcəklərini bildiriblər.

Bu dörd mülki fəal 2025-ci il noyabrın 11-də Evin həbsxanasının qarşısında saxlanılıb. Saxlanılmalarından bir neçə saat sonra onlar Evin Prokurorluğunun 6-cı istintaq şöbəsinə aparılıb və onlara “qanunsuz qrup yaratmaq və ya ona üzv olmaq”, “ölkənin təhlükəsizliyinə qarşı toplaşma və sövdələşmə” kimi ittihamlar irəli sürülüb.

Digər xəbərlər